image-fot-1backend

Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çəçrivəsində Ağstafada növbəti ağacəkmə aksiyası keçirilib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nin elanilə bağlı Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq, atmosferə atılan karbon qazlarının azaldılması məqsədi ilə Ağstafa şəhərində yaşayış binalarının ətrafında yaşıllıq zonalarısalınır. Hüseyn Arif küçəsində yerləşən 88 mənzilli4 və 6 saylı yaşayış binalarının ətrafında təşkil olunan növbəti ağacəkmə aksiyasında RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində ərazidə şam ağacı tingləri və dekorativ kollar əkilib, yerə ot çimləridöşənib, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki