image-1backend

“Onların xilası bizdən asılıdır” -Ekspert

image-reklam_sirab_01

“Bir anlığa özünüzü müharibədə döyüşçü kimi düşünün.Sağınıza-solunuza top ,minaatan mərmiləri düşür, öldürücü silahlardan atılan atəşlə yaxın dostunuz, əsgər yoldaşınız qanlar içərisində qalır,şəhid olur.Yaralı əsgərlərin bağırtıları yeri-göyü titrədir.Kimisi mina partlamasından,kimisi qəlpə yarasından. Həyatın qismətimi deyim, talemi deyim? Belə bir deyim var; “Allah qoruyanda qoruyur” və sən sağ qalırsan.Müharibədən sonra mülki həyata qayıdırsan. Ailən, qohumlar, dost-tanış fiziki cəhətdən sənin sağ və salamat gəldiyinə dualar edirlər. Sənin vücudunda hansısa yaranın olmadığına şükür edirlər. Amma onlar sənin ruhuna toxunan yaralardan,əzablardan, aldığın mənəvi travmalardan xəbərsizdirlər”.
Vətətinfo.az-a bu fikirləri Ekspert Gülər Mübariz “Hərbçilərin post-müharibə dövründə psixoloji vəziyyəti” mövzusunda suallarımıza cavabında bildirib.

Ekspert bildirib ki, hər bir dövlətin bu istiqamətdə ciddi müalicə metodları mövcuddur.

Gülər Mübarizin sözlərinə görə 19 il 5 ay davam edən (1955-1975) ABŞ-Veytnam müharibəsi zamanı müharibədən geri qayıdan Amerikalı hərbiçilər gördüklərindən ciddi pisixoloji sarsıntılar yaşayırdılar.Amerika hökuməti davamlı geri qayıdan hərbiçilərin intihar xəbərləri qarşısında müxfəlif siyasi basqılarla üz-üzə idilər.

“Vəziyyətin getdikcə daha da dramatikləşməməyi üçün, həm senat,eyni zamanda konqres bütün ştatlarda müharibədə iştirak etmiş hərbiçilərin cəmiyyətə yenidən adaptasiyası proqramını həyata keçirməyə başladı.Bunun üçün ilk olaraq bütün ştatlarda fərqli müalicə mərkəzləri yaradıldı.Aparılan müalicələr,pisixoloji tədbirlər nəticəsində ölüm halları azalmağa başladı”.

Ekspert istər 1 ci,istərsə də 2-ci 44 günlük Qarabağ Vətən müharibəsində yaralanan və yaxud yaralanmasa da, müharibənin bütün aurası içərisində olmuş insanların müalicə olunaraq yenidən cəmiyyətə qayıtmaları üçün Azərbaycan dövlətinin bütün imkanlara sahib olduğunu bildirib: “İlk olaraq ölkəmizdə maddi-texniki bazalara malik sosial mərkəzlər mövcuddur. Bu mərkəzlərə müraciət edən bütün müharibə iştirakçıları bu müalicə kurslarından yararlana bilərlər. Eyni zamanda bildiyiniz kimi, YAŞAT Fondu vasitəsi ilə yüzlərlə müharibə qazilərinin əməliyyatları və müalicələri xarici ölkələrdə də həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanda psixoloji müalicə metodları ilə bağlı sadəcə olaraq maarifləndirmə prosesinə az da olsa təkan vermək lazımdır. Belə olduqda müharibə iştirakçıları, qazilər inanıram ki, özləri bu müalicə kurslarından istifadəyə bir baxımdan maraqlı olacaqlar.
Vətənə xidməti şərəfli özünə borc sayan hər bir qazimiz, müharibə iştirakçımız dövlətin onlara təmin etdiyi hər bir xidmətdən yararlanmalı və üzərindəki olan ağırlıqdan tədricən qurtulmaq üçün psixoloji yardımlara baş vurmalıdırlar. Cəmiyyətdən tədric çıxış yolu deyil, onların sayəsində ayağa qalxan vətən öz övladlarına sahib çıxır, qucaq açır. Sizinlə var olan dövlət sizə hər köməkliyi göstərməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image