image-evez_hesenov_1backend

Onun varlığı özü cəmiyyətimiz üçün böyük və əvəzsiz bir dəyər idi – MİLLƏT VƏKİLİ ƏVƏZ HƏSƏNOV İTKİSİNDƏN YAZDI

image-reklam_sirab_01

Bu gün vətənpərvər bir ziyalımız, tanınmış ictimai xadim, gözəl insan Əvəz Həsənovun vaxtsız vəfatı çox üzücü bir xəbər oldu. Xoş məramı, xeyirxah əməlləri, təmənnasız dostluğu və səmimiyyəti ilə hər kəsi sehrləyən Əvəz Həsənovun qəfil və vaxtsız vəfatı bütün onu tanıyanlar kimi məni də çox sarsıtdı. Onunla görüşmək, saatlarla söhbətləşmək ruhumuza xoş ovqat, zehnimizə sakitlik, düşüncələrimizə aydınlıq gətirərdi.

Aydındır ki, dostlarının, yoldaşlarının, həmkarlarının və xüsusilə doğmalarının – bir sözlə, onu sevən hər bir kəsin Əvəz istəyini heç vaxt heç nə və heç kimlə əvəzləmək mümkün olmayacaq. O öz şəxsiyyətində, öz mənliyində, öz mövqeyində və həyata baxışlarında təkrarsız və əvəzsiz bir insan idi. Onun varlığı özü cəmiyyətimiz üçün böyük və əvəzsiz bir dəyər idi. Dəyərli bir insanı itirmək isə çox ağırdır. Amma o özündən sonra elə bir xatirə saxlayıb ki, doğmaları və yaxınları, dostları və tanışları həmişə onunla fəxr edəcəklər.
Xatirəsini hər zaman böyük ehtiramla anacağım əziz insan Əvəz Həsənova Allah Rəhmət eləsin! Ailə üzvlərinə, bütün yaxınlarına və doğmalarına səbr diləyirəm. Ailəsinə və övladlarına uzun ömür, möhkəm cansağlığı, aydın və firavan gələcək arzu edirəm.

image-cavansir_feyziyev

Kədər və hüznlə

Cavanşir Feyziyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki