CHP-nin keçmiş sədri Özgür Özəl partiya daxilində baş verən son hadisələr fonunda diqqətçəkən açıqlamalar verib.
Vətəninfo.az xəbər verir ki, Özəl jurnalistlərə açıqlamasında həm yeni siyasi ssenarilərdən, həm də partiya daxilindəki böhrandan danışıb.
O, ehtiyac yaranacağı halda, bütün mümkün variantların əvvəlcədən nəzərdən keçirildiyini bildirib: “Yeni partiya ilə bağlı quruculuq hazırlığı da var, hazır olan bir neçə partiyaya keçmə ehtimalı da mövcuddur. Amma bunlar bu gündən sabaha atılacaq addımlar deyil. Yalnız partiyanın seçkilərə qatılmasının mümkün olmadığı vəziyyətlər üçün nəzərdə tutulur”.
Özəl partiya daxilində qurultayın vacibliyini vurğulayaraq, bunun gecikdirilməsinə qarşı olduqlarını qeyd edib: “Qurultay keçirməmək variantını qəbul etmirik. Ən qısa zamanda qanunun və vicdanın tələb etdiyi qurultay keçirilməlidir”.
O, həmçinin, partiya daxilindəki gərginliyə baxmayaraq proseslərin onu geri çəkilməyə deyil, daha da mübarizəyə sövq etdiyini bildirib.Publika.az


























