image-downloadbackend

Paşinyan KTMT-ni NATO-ya dəyişir? -VİDEO

image-reklam_sirab_01

Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-ni tərk etmək istəyir. İrəvanda keçirilən sammitdə Ermənistan rəhbərliyi yenə də hansısa formada vəziyyəti təhrif etməyə, Azərbaycanı günahlandırmağa çalışırdı.  Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşü də ölkəsinin maraqlarının müdafiəsi, Azərbaycanın ittiham olunması və öz mövqeyindən geri çəkilməyə məcbur edilməsi üçün fürsət bilirdi. Ancaq aydındır ki, işğalçı dövlət məhz Ermənistandır və o, Avropa İttifaqını, Fransanı, ABŞ-ı Cənubi Qafqaz regionuna çəkib gətirmək istəyir. Lakin sammitdə bəlli oldu ki, Ermənistanın istəkləri yerinə yetirilməyəcək. Nikol Paşinyan KTMT-ni NATO-ya dəyişmək fikrinə düşüb?

Lakin görünən odur ki, bu Ermənistan üçün çox ağrılı prosesə bənzəyir.

Millət vəkili Cavanşir Feyziyev hesab edir ki, Paşinyanın bəyanatı imzalamaması, Ermənistanın ziyanınadır.

“Ermənistanın indiki hakimiyyətinin məqsədi KTMT-ni tərk etməkdir. Amma bu Ermənistan üçün çox ağır nəticələnə bilər. “ -deyə millət vəkili bildirib.

“Ermənistanın KTMT-dən çıxması heç də NATO-nun Ermənistana gəlməsi deyil. Bu utopiyadır. NATO bu əraziyə gəlməsi mümkünsüzdür”– deyə Cavanşir Feyziyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki