image-img-20240330-wa0015backend

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

image-reklam_sirab_01

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən martın 30-da növbəti ağacəkmə aksiyası paytaxtın Nərimanov rayonunda keçirilib.
Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd yeni ağac əkilib.
Qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə ənənəvi olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilər, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kollar əkilir.
Qeyd edək ki, bugünkü ağacəkmə aksiyası Bakı şəhərinin bütün rayonlarını əhatə edib və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən şəhərin əsas küçə və prospektlərində təmizliklə bağlı daxili iməclik keçirilib, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən küçə və prospektlər təbiət və canlılar üçün zərərsiz kimyəvi maddələrlə yuyulub, digər təmizlik işləri görülüb.

image-img-20240330-wa0022 image-img-20240330-wa0020 image-img-20240330-wa0021 image-img-20240330-wa0019 image-img-20240330-wa0018 image-img-20240330-wa0015 image-img-20240330-wa0016 image-img-20240330-wa0013 image-img-20240330-wa0014 image-img-20240330-wa0012 image-img-20240330-wa0010 image-img-20240330-wa0011 image-img-20240330-wa0008 image-img-20240330-wa0009


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki