image-1backend

Paytaxtın bu ərazisində qaz olmayacaq – XƏBƏRDARLIQ

image-reklam_sirab_01

Xətai rayonu, Cavanşir küçəsində yeraltı d325 millimetrlik qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Vətəninfo.az-a “Azəriqaz” İstehsal Birliyindən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev küçələrinin və Zığ yolu ərazisindəki yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki