image-reklam-veteninfo
image-1backend

Pentaqon Ermənistana hərbi yardımı kəskin şəkildə artırır

image-reklam-veteninfo

ABŞ 2024-cü maliyyə ilində Ermənistana hərbi maliyyələşdirməni kəskin şəkildə artırıb və 2002-ci ildən bəri ümumilikdə 60 milyon dollardan çox vəsait ayrılıb. Vətəninfo.az xəbər verir ki, bunu RİA Novosti agentliyinin nəzərdən keçirdiyi ABŞ hökumətinin məlumatları sübut edir.

Ötən həftə Pentaqon müdafiə nazirinin köməkçisinin müavini Endryu Lumis Vaşinqtonun Ermənistan silahlı qüvvələrində islahatları dəstəkləmək üçün proqramlarının bütün potensialından istifadə etmək niyyətində olduğunu açıqladı.

ABŞ-ın Xarici Hərbi Maliyyələşdirmə (XHM) proqramı çərçivəsində Ermənistana hərbi yardımı 2002-ci ildə başlayıb. Ümumilikdə, 2024-cü maliyyə ilinə qədər və o cümlədən ABŞ-ın Ermənistana hərbi maliyyələşdirməsinin ümumi məbləği 60 milyon dolları keçib.

RİA Novosti-yə təqdim edilən Pentaqonun statistikasına görə, maliyyələşdirmə 2024-cü maliyyə ilində əhəmiyyətli dərəcədə artıb. Həmin il ABŞ Ermənistana 8,1 milyon dollardan çox vəsait ayırdı.

2023-cü ildə bu məbləğ cəmi 16.000 dollar, 2022-ci ildə isə təxminən 1,3 milyon dollar olub.

2025-ci il üçün məlumatlar hələlik dərc olunmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki