Vətəninfo.az xəbər verir ki, Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə yerləşən hərbçilərinə qarşı hücumlara dözməyəcək və onlara cavab verəcək.
ABŞ müdafiə naziri deyib: “İranın dəstəklədiyi milislər ABŞ qüvvələrinə qarşı davam edən hücumlara görə cavabdehdirlər və biz lazım bildiyimiz vaxt və yerdə cavab verəcəyik”.
Onun sözlərinə görə, nə o, nə də prezident Co Bayden Amerika qoşunlarına qarşı hücumlara dözməyəcək və “ABŞ-ı, ölkə qoşunlarını və dövlətin maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.
İran ABŞ-ın qeyd etdiyi və hərbçilərin həlak olduğu hücumlarda iştirakını rəsmən təkzib edib.


























