image-reklam-veteninfo
image-6274fc25151386274fc251513916518338936274fc25151366274fc2515137backend

Peskov: Polşa Ukraynanın ərazi bütövlüyünə təhlükə törədir”

image-reklam-veteninfo

Polşa uzun müddətdir ki, dost deyil, son aylar isə düşmən olub, onun Ukraynanın ərazi bütövlüyünə təhlükə ola biləcəyi faktdır.

Veteninfo-nun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus prezidentinin bəyanatlarını şərh etməzdim. Son aylar Polşadan çox, çox düşmən ritorikası gəlir. Bu ritorika ənənəvi xarakter daşıyır və uzun müddətdir ki, dostluq xarakteri daşımır. Amma son aylarda düşmənçilik xarakteri alıb. Ukraynanın ərazi bütövlüyü üçün təhlükələrin Polşadan gələ biləcəyi faktı açıq-aşkardır. Xatırlayırsınızsa, bizim xarici kəşfiyyat xidmətimizin rəhbərinin bu yaxınlarda verdiyi bəyanatda bu barədə danışılmışdı. Bunlar açıq-aşkar faktlardır”,- deyə Kremlin sözçüsü vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki