Dünən İran prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün razılaşma ətrafında yaranan müzakirələrə və hökumət rəsmilərinə qarşı səsləndirilən ittihamlara münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian “X” hesabındakı paylaşımında qeyd edib ki, dövlət rəsmilərinin öz vəzifələrini yerinə yetirdiklərinə görə xəyanət və ya vətəni satmaqda ittiham olunmaları qəbuledilməzdir.
“Təəssüf doğuran haldır ki, rəsmi vəzifələri çərçivəsində milli maraqları və ölkənin ləyaqətini qorumaq məqsədilə öz borclarını yerinə yetirən şəxslər xəyanət və ya vətəni satmaq kimi damğalarla üzləşirlər. Tənqid cəmiyyətin təbii haqqıdır, lakin qanuna əsaslanan bir missiyanı yerinə yetirən insanların gözdən salınması nə ədalətə, nə də mərdliyə sığır”, – deyə, Pezeşkian vurğulayıb.


























