image-69backend

Politoloq: “Vaşinqton insan hüquqlarının qorunması ilə bağlı statusunu çoxdan itirib”

image-reklam_sirab_01

“Demokratiya sammiti sıradan bir videokonfransdır. Bunu o qədər də qabartmağa ehtiyac yoxdur”.

Bunu “Report”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Əlbəttə, ABŞ-ın rəqibləri olan Çin və Rusiya toplantıya dəvət oluna bilməzdilər. Amma Azərbaycan, Türkiyə ABŞ-ın rəqibləri deyillər. Ümumiyyətlə, toplantıya demokratiya ilə yaxından-uzaqdan əlaqəsi olmayan dövlətlərin də dəvət olunması müəmmalı məqamlardan xəbər verir. Vaşinqton insan hüquqlarının qorunması ilə bağlı statusunu çoxdan itirib. ABŞ 60-cı illərədək qaradərililərə ikili standartlar tətbiq edən dövlətdir”.

E. Şahinoğlunun fikrincə, ABŞ-ın xarici və hərbi təhlükəsizlik siyasətində ciddi səhvlər olub: “ABŞ supergüclərdən biridir. Rəsmi Vaşinqtonun müxtəlif yerlərdə fərqli maraqları var. Xarici ölkələrdə ən çox hərbi bazası olan dövlətdir. Həmçinin fərqli məsələlərdə Azərbaycanla da əməkdaşlıq edir. Məsələn, İraqa müdaxilə, Əfqanıstandakı addımları, Vyetnamdakı uğursuzluğu, rəngli inqilablara dəstək verməsi buna nümunədir. Amma Rusiya və Çinin superdövlət olmasındansa mən ABŞ-ın superdövlət olmasını daha məqsədəuyğun hesab edirəm. Pekinin də, Moskvanın da siyasəti göz qabağındadır”.

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Politoloq, həmçinin bildirib ki, demokratiya sammitində Ermənistanın Azərbaycana qarşı addımlar atmaq cəhdləri boşa çıxacaq: “Təbii, Baş nazir Nikol Paşinyan Azərbaycana əleyhinə təbliğat aparmağa çalışacaq. Ancaq dünya ölkələrinin, o cümlədən ABŞ-ın başı öz işlərinə qarışıb. Son proseslər, həmçinin Beynəlxalq Ədalət Məhkəməsindəki fiaskosu göstərdi ki, Ermənistan dünya dövlətlərindən əvvəlki dəstəyi ala bilmir. Bir sözlə, ABŞ-ın Ermənistanı dinləməyə nə vaxtı, nə də marağı var”.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən demokratiya sammitinə türkdilli dövlətlər, habelə Vaşinqtonun əsas rəqiblər olan Rusiya və Çin dəvət olunmayıblar. Bu, Birləşmiş Ştatların demokratiya faktorundan öz siyasi məqsədləri üçün istifadə etməsinin göstəricisidir. ABŞ-ın Əfqanıstanı tərk etməsi, o cümlədən müxtəlif ölkələrdə “ərəb baharı”nın yaşanması isə Vaşinqtonun “demokratik dəyərlərinin” təsiridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki