image-c471d881-e0e6-383d-af32-7feb6b7ef9fe_850backend

“Qarabağ”ın legioneri: “Çox yaxşı komandaya qarşı oynadıq”

image-reklam_sirab_01

“Çox yaxşı komandaya qarşı çıxış etdik”.

Bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə etdkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçdiyini bildirib: “Rəqib fiziki cəhətdən güclüdür. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan olmadı. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Plzenə böyük həvəslə yollanacağıq və orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq”.

Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq olduqlarını söyləyib: “Rəqibin burayadək irəliləməsi onun gücündən xəbər verir. Səfərdə qalib gələrək istəyimizə nail olmaq istəyirik”.

Qeyd edək ki, avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki