image-6fcc6337-5654-3d2a-93b4-01070b231107_850backend

“Qarabağ”ın rəqibi baş məşqçini istefaya göndərib

image-reklam_sirab_01

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb.

39 yaşlı mütəxəssis “Aris”ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.

Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki