image-5backend

Qazax Kamera Xoru Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib

image-reklam_sirab_01

Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli günləri” adlı layihə çərçivəsində “ÇÖLÜN RUHU” xor musiqisi konserti keçirilib.

Gəncə Dövlət Filarmoniyasından Vətəninfo.az-a verilən məlumata görə, konsertdə Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru və M.Maqomayev adına Azərbaycan Dövlət Xorunun ifasında Axmet Jubanov “Karlıqaş” II nəşr, Corc Hendel “Hallelujah”, Estai “Kusni Korlan”, Jayau Musa “Ak Sisa”, “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirov “Füzuli” kantatası III hissə, qazax və Azərbaycan xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, Qazax Kamera Xorunun bədii rəhbəri, dirijor Merbol Kuspanov, xormeysterlər Leyla Kuschanova və Madi Abışev, müşayiətçi “Eren Enbegi Uşin” dövlət mükafatları laureatı Dina Niyazova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xorunun bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, müşayiətçilər Elxan Niftiyev, Nərmin Rzayevadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image