image-img-20211209-wa0065backend

Qazimiz Röyal Kərimovu təbrik edirik – FOTO/VİDEO

image-reklam_sirab_01

Qazaxlı Vətən müharibəsi qazisi Röyal Kərimovun iki otaqlı yarımçıq tikilidən ibarət olan evi əsaslı şəkildə yenidən qurulub
Bu gün ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərilən dövət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Bu amili daim əldə rəhbər tutan rayon rəhbərliyi şəhid ailələrini və qazilərimizi daim diqqətdə saxlayır.
44 günlük Vətən müharibəsində qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini Kərimov Röyal Şəadət oğlu da daim qayğı ilə əhatə olunur.
Ötən il oktyabrın 29-da Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə snayper gülləsi ilə vurularaq bədəninin bir çox orqanları zədə alan Röyal Kərimova göstərilən qayğının nəticəsidir ki, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə qazimizin yaşadığı ev özünün arzuladığı kimi əsaslı şəkildə təmir olunub. Əvvəl 2 otaq və yarımçıq tikilidən ibarət olan ev demək olar ki, yenidən qurulub. 2 yataq otağı və 1 böyük zal tikilərək, 2 yataq otağı və 1 mətbəx isə təmir olunaraq tam yaşayış vəziyyətinə gətirilib. Bu günlərdə əsaslı şəkildə yenidən qurulan 5 otaqlı ev qazimizin ailəsinə təhvil verilib. Bu, Röyal Kərimovun timsalında dövlətin qazilərimizə olan növbəti qayğısıdır.
Hazırda Bakı şəhərində reabilitasiya mərkəzində müalicəsini davam etdirən qazi Röyal Kərimovu bu münasibətlə təbrik edir, tezliklə sağlamlığına qovuşub həmin evdə ailəsi ilə xoşbəxt yaşamasını arzulayırıq.

image-img-20211209-wa0067 image-img-20211209-wa0067 image-img-20211209-wa0066 image-img-20211209-wa0065 image-img-20211209-wa0064 image-img-20211209-wa0063 image-img-20211209-wa0062

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki