image-11backend

Qoşulmama Hərəkatının fəaliyyətində Azərbaycanın rolu böyükdür

image-reklam_sirab_01

Bir gün dünyanın hər yerindən mədəniyyətdən, svilizasiyanın tərəqqisindən, demokratik prinsiplərin təkminləşdirilməsindən danışırlar. Amma nə yazıq ki, hegamon dövlətlər çox vaxt bu sözlərin arxasında gizlənərək öz niyyətlərini reallaşdırmağa  çalışırlar. Artıq heç kimə sirr deyil ki, gücü isdər iqtisadi, istərsə də hərbi mənada gücü olmayan dövlətlərlə hesablaşmaq istəmirlər. Qürur hissi ilə qeyd etmək lazımdır ki, artıq ölkəmiz hesablaşılan, rəyi nəzərə alınan ölkələr sırasındadır. Təkcə onu qeyd edək ki, dövlətimiz Qoşulmama Hərəkatı ölkələrinə onların yekdil qərarı ilə sədirlik etmişdir. Yenə onların özlərinin yekdil qərarı ilə bu müddət daha bir il  uzadılmışdır. Burada bir haşiyəyə çıxaraq qeyd edək ki, Qoşulmama hərəkatı əhatə etdiyi ölkələrin sayına görə dünya miqyasında BMT-dən sonra ikinci yeri tutur. Belə bir quruma rəhbərliyin həvalə olunması isə onun çəkisindən və etibarından asılıdır. Azərbaycanın sədirliyi müddətində dünya miqyasında  baş verən ən mühüm hadisə COVİD-19 pandemiyası oldu. Beynəlxalq ictimaiyyət bu sahədə çaşqın mövqe tutduğu bir vaxtda Qoşulmama Hərəkatı qətiyyətli mövqe tutdu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbü  ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyəsində onlayn samiti  2020-ci ilin dekabırında BMT Baş Assembleyasının xüsusi sesiyasının keçirilməsi ilə nəticələndi. Buna qədər irəlidə qeyd etmişik ki, dövlətlər mənfur “peyvənd millətçiliyi” aparırdılar. Yəni sadə dillə desək  bu qurupdan olmayan  dövlətlərin  xalqları “ikinci dərəcəli”   hesab edilirdi. Məhz bundan sonra  dünya miqyasında  peyvəndlərin  ədalətli bölünməsinə başlanıldı.

Azərbaycanın  belə məsul vəzifəyə mövqeyə gəlib çıxması ilrəlidə dediyimiz kimi  aparılan  uğurlu siyasətin  məntiqi sonluğudur ki, bu sahədə də  cənab Prezident  İlham Əliyevin müstəsna xidmətləri var. İlham Əliyevin İş prinsipi belədir ki, o  təkcə üzərinə düşən vəzifəni yerinə yetirmir, eyni zamanda haqqınıda  qətiyyətlə tələb edir.

Sonda onu qeyd edək ki, nə yaxşı ki, dünya haqsızlıqdan ibarət deyil. 44 günlük  müharibədə Qoşulmama Hərəkatının  bizim haqlı  mövqeyimizi müdafiə  etməsi  xidmətimizə  verilən ən yüksək qiymət idi. Biz oz yolumuzla  gedirik  üstümüzə düşən  vəzifəni yerinə yetirir, haqqımızı isə tələb edirik.

Xəyyam Nəbiyev

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image