image-d4ffca00-6b2d-31cf-b910-450668f86d69_850backend

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib

image-reklam_sirab_01

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib.

Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib.

Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir.

Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki