“RB Leypsiq” futbol komandasının müdafiəçisi Yoşko Qvardiol klubla müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb.
bu barədə Almaniya komandasının mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl “Çelsi”nin Qvardiol üçün 90 milyon avro təklif etdiyi bildirilib.
Xatırladaq ki, Qvardiol 2021-ci ilin yayından “Leypsiq”də çıxış edir. O, komandanın heyətində 50 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.