Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Ucar rayonunun
Qazıqumlaq və Məlikballı kənd sakinləri ilə səyyar görüş keçirdib və onları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Kənd sakinləri ilə yanaşı Şəhid ailələrinin və qazilərinin bir qrupu da xüsusi hörmət və ehtiramla dinlənilib. Qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qısa müddətdə narahatlıqların müvafiq dövlət qurumlarına çatdırılması ilə əlaqədar tədbirlərin görüləcəyi bildirilib.
Onu da qeyd edək ki, deputat Ramil Həsən hər ay mütəmadı olaraq seçiciləri ilə görüşür, onların qaldırdıqları problemlər tərəfindən dinlənilir, həlli üçün qanuna müvafiq addımlar atılır.