image-reklam-veteninfo
image-1backend

“Rasim Balayev canı ilə əlləşir, ayaqları tutulub” – Şeyx Əbdülün gileyinə cavab

image-reklam-veteninfo
Dörd xəstəliklə mübarizə aparan Xalq artisti Şeyx Əbdül Mahmudov həmkarları Rasim Balayev və Şəfiqə Məmmədovadan giley-güzar edib.  Hazırda xəstəxanada müalicə alan aktyor bildirib ki, bir çox kino xadimləri onun səhhəti ilə maraqlansa da, Kinematoqrafçılar İttifaqının rəhbərliyi bu diqqəti göstərməyib:
“Kino xadimləri səhhətimlə maraqlanırlar. Amma mənimlə maraqlanmayan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev oldu. Əvvəllər ittifaq bölünmüşdü – biri Rasim Balayev, digəri Şəfiqə Məmmədova idi. Mənim təkidim və müraciətimlə bu ittifaq birləşdirildi. Həmin gündən sonra mənə qarşı soyuq münasibət yarandı. Kino İttifaqını mən yaratdım. Görünür, birləşmək istəmirdilər. Şəxsi maraqlarını kino maraqlarından üstün tuturlar. Bu ittifaqın işi kino çəkmək deyil, kino xadimlərinə qulluq etmək, onlarla maraqlanmaqdır”.
Məsələ ilə bağlı Xalq artisti Rasim Balayevin mövqeyini öyrənməyə çalışdıq. Lakin aktyorun səhhətində ciddi problemlər olduğu bildirildi. Məlumata görə, Rasim Balayevin ayaqlarında problem yaranıb və hazırda müalicə alır.
“7 oğul istərəm” filmində Əbdül Mahmudovun silahdaşlarından birini canlandıran Xalq artisti Rafiq Əzimov da məsələyə münasibət bildirib. O, həmkarının giley-güzarından xəbərdar olduğunu desə də, bu fikirlərlə razılaşmadığını qeyd edib:
“Evin içində olan giley-güzarı çölə çıxarmaq düzgün deyil. Mən də uzun müddət xəstə olmuşam. Yanıma gələn də olub, gəlməyən də. Amma heç vaxt kimdənsə gileylənməmişəm. Yaxın qohumum rəhmətə gedib, bütün günü orada olduğum halda belə, Əbdülə yazıb səhhətini soruşdum. Dedim, qardaş, tez sağal, ayağa qalx, səni gözləyirik. Cavab yazdı, təşəkkür etdi. Başım açılan kimi gedib onu xəstəxanada ziyarət edəcəyəm”.
Rafiq Əzimovun fikrincə, teatr və kinonun daxili məsələləri ictimailəşdirilməməlidir:
“Rasim Balayev haqqında deyilənləri oxuyanda ürəyim ağrıdı. O, hazırda öz dərdi ilə mübarizə aparır, canı ilə əlləşir, ayaqları tutulub, hərəkət edə bilmir. Belə bir vəziyyətdə ondan giley etmək nə dərəcədə doğrudur? Eldar Quliyevin 85 illik yubileyində də Rasim müəllimin iştirak etməməsindən danışdılar. Amma bildirildi ki, o, xəstədir. Adam xəstədirsə, ondan incimək, ummaq olmaz. Necə deyərlər, ‘ev bizim, sirr bizim’ olmalıdır. O boyda sənətkarın adını bu cür hallandırmaq doğru deyil”.
Xalq artisti bu cür açıqlamaların tamaşaçı baxımından da mənfi təsir yaratdığını vurğulayıb:
“Tamaşaçının gözündən böyük sənətkarı salmaq düzgün deyil”.qaynarinfo



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki