“Real Madrid”in və İspaniya millisinin sabiq hücumçusu, kral klubunun ikinci komandasının baş məşqçisi Raul Qonzales İngiltərə Premyer Liqasını təmsil edən “Lids Yunayted”ə rəhbərlik etməkdən imtina edib.
Vətəninfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis yaxın illərdə “Real”a rəhbərlik edəcəyinə ümid etdiyi üçün bundan imtina edib. Ötən il Almaniya və İspaniya klublarından bir neçə təklifi qəbul etməyib.
“Lids” 49 yaşlı amerikalı Cessi Marşı baş məşqçi postundan uzaqlaşdırıb. Premyer Liqanın 20 oyunundan sonra “Lids” 18 xalla 17-ci pillədə qərarlaşıb.