İngiltərənin “Mançester Yunayted” klubu UEFA Avropa Liqasının oyunları üçün sifariş ərizəsini açıqlayıb.
Siyahıya Kriştianu Ronaldunun da adı daxil edilib.
37 yaşlı oyunçu heyətdə yer alan 5 hücumçudan biridir.
“Qırmızı şeytanlar” qrup mərhələsində Kiprin “Omoniya”, Moldovanın “Şerif” və İspaniyanın “Real Sosyedad” klubları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Kriştianu Ronaldu son olaraq, 2002/2003 mövsümündə Avropa Liqasında çıxış edib. Həmin vaxt turnir UEFA Kuboku adlanırdı və forvard Portuqaliya “Sportinq”inin formasını geyinirdi.