Rumıniyanın Kluj-Napoka şəhərində xəstəxanaların birində cərrahiyyə əməliyyatı zamanı xəstənin mədəsindən 250 qram çəkidə qızıl külçə çıxarılıb.
Veteninfo.az-ın məlumatına görə, cərrahlar bu barədə yerli polisi məlumatlandırıb.
Qeyd olunur ki, külçənin uzunluğu 6 santimetrdən çoxdur.
Xəstə həmin külçəni təsadüfən udduğunu bildirib. Hazırda təfərrüatlarla bağlı araşdırma aparılır.


























