Vətəninfo.az xəbər verir ki, erməni bloger Nataly Aleksanyan özünün facebook sosial şəbəkəsində yaydığı məlumatda qeyd edir ki, Xankəndindən Ermənistana getmək istəyən ermənilərin qarşısını bölgədəki rus sülhməramlı kontingentin əsgərləri alırlar.
Məlumatda deyilir ki, sülhməramlılar Ermənistana getmək istəyən ermənilərə ” gedinAzərbaycana inteqrasiya edin”-deyə onların maşınların geri qaytarırlar. Nataly Aleksanyan qeyd edir ki, bu bir tərəfdən ermənilər üçün yaxşı haldır ki,ruslar Qarabağın ermənilərdən boşaldılmasın istəmirlər: “Amma digər tərəfdən, Qarabağı rusların əmri ilə deyil, yalnız öz istəklərinə görə öz evlərində qalmalıdırlar. Əslində ruslar Qarabağda həbs düşərgəsi rejimi yaradıb, soydaşlarımızı girov saxlayırlar”.
Nataly Aleksanyan bildirir ki, Qarabağdakı erməniləri ruslardan azad etməyin qiyməti nə qədərdir? “Rusiyanın Ermənistana qarşı nə məqsədi vardır ki, bunun müqabilində insanlara azadlıq verəcək?”