image-1backend

“Rusiya Almaniya ilə müharibəyə hazırdır”- Dmitri Medvedev

image-reklam_sirab_01

Bundesver zabitləri arasında dinlənilən söhbət Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında bildirib.

“Bundesver zabitlərinin söhbətini raketlər və tanklar oyunu kimi təqdim etmək cəhdləri qərəzli yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”, – siyasətçi yazıb.

Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi şənbə günü yüksək rütbəli alman hərbçiləri arasında Taurus raketlərinin mümkün istifadəsi ilə Krım körpüsünə hücum planları ilə bağlı daxili söhbətin ələ keçirildiyini təsdiqləyib.

Almaniya kansleri Olaf Şolz İtaliyaya səfəri zamanı Krım körpüsünə hücumla bağlı Bundesver hərbçilərinin söhbətinin mübahisəli yazısı ilə bağlı vəziyyətə vaxtında aydınlıq gətirəcəyini bildirib. Kansler bu hadisənin “çox diqqətlə, intensiv və sürətlə” araşdırıldığını da vurğulayıb.

Cümə günü, martın 1-də “Rossia Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan “VKontakte” sosial şəbəkəsində alman zabitləri arasında söhbətin tam mətnini dərc edib. hərbçilər “Krım körpüsünü necə bombalayacaqlarını” müzakirə ediblər.

Fevralın 19-da baş tutan söhbətdə Bundesver Komandanlığının Əməliyyat və Təlim şöbəsinin rəhbəri Frank Qreyf, Hərbi Hava Qüvvələrinin müfəttişi İnqo Gerharts və Bundesver Kosmik Komandanlığının Hava Əməliyyatları Mərkəzinin Fenske və Frostedt iştirak edib.

Digər məsələlərlə yanaşı, həmsöhbətlər bütün əməliyyatın mərhələlərə bölünməsini və planlaşdırma üçün Böyük Britaniyaya üz tutmağı təklif ediblər. Zabitlərdən biri həmçinin bildirib ki, Fransanın “Rafale” qırıcısından istifadə olunarsa, hücum üçün “Taurus” raketlərindən istifadə edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki