Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətlər siyasətlə deyil, istehsalçılar arasında effektiv keyfiyyət nəzarətinin olmaması ilə bağlıdır. Vətəninfo.az xəbər verir ki, Rosselxoznadzor rəhbəri Sergey Dankvert bunu “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə bildirib.
“Heç bir prezidentin məhdudiyyətlərin siyasiləşdirilmədiyini dediyini görməmişəm. Amma bu halda söhbət tamamilə fərqli bir şeydən gedir. Şirkətlərlə uzun müddət işləmək, laboratoriya testlərinin nəticələri, çatdırılmalar haqqında məlumatlar və aşkar edilmiş pozuntular barədə məlumatımız var”, – deyə o qeyd edib. Dankvert əsas problem kimi daxili nəzarət və əməkdaşlıq sisteminin faktiki olaraq olmamasını göstərib.



























