Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Rusiyanın Qara dəniz donanmasına məxsus raket gəmisinə pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bəyanatda Ukrayna Silahlı Qüvvələrinin dünən yerli vaxtla saat 16.30 radələrində Rusiyanın Qara dəniz donanmasına məxsus “Samum” raket gəmisinə pilotsuz hərbi dəniz vasitəsi ilə hücum etməyə cəhd etdiyini bildirib.
Bəyanatda həmçinin hücumun gəmidən açılan atəşlə dəf edildiyi və pilotsuz dəniz vasitəsinin məhv edildiyi qeyd olunub.