Rusiya taxıl sövdələşməsinə qayıtmağa hazırdır, ancaq ona qarşı üzərinə götürdüyü bütün öhdəliklər yerinə yetirilərsə bu baş verəcək..
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitində bildirib.
“18 iyul tarixindən etibarən biz bu müqaviləni daha da uzatmaqdan imtina etdik və geri qayıtmağa hazır olacağıq. Ancaq Rusiya tərəfi qarşısında bütün öhdəlikləri faktiki yerinə yetirdiyi halda geri qayıtmaq lazımdır”, – o vurğulayıb.
Putin Rusiyanın taxıl və gübrə ixracına qəsdən mane olduqlarına, eyni zamanda dünya bazarında yaranmış böhran vəziyyətində ikiüzlülüklə Rusiyanı günahlandırdıqlarına diqqət çəkib.
“Biz dəfələrlə diqqəti cəlb etmişik ki, il ərzində Ukrayna ilə müqavilə çərçivəsində 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 70%-dən çoxu yüksək və orta gəlirli ölkələrə, o cümlədən, ilk növbədə, Avropa İttifaqı və yalnız təxminən 3 faizi ən az inkişaf etmiş ölkələrin payına düşüb, yəni 1 milyon tondan azdır”, – Kreml rəhbəri onlayn çıxışında bildirib.
O, Rusiya qarşısında öhdəliklərin sadəcə olaraq nəzərə alınmadığını vurğulayıb.
“Avropa limanlarında bloklanan gübrələri pulsuz ötürməyə belə icazə vermədilər, baxmayaraq ki, bu, sırf humanitar aksiya idi, prinsipcə, sanksiyaya məruz qalmamalıdır”.