image-1backend

Rusiya Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır – Vladimir Medinski

image-reklam_sirab_01

Rusiya nümayəndə heyəti müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.

Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi, əvvəllər İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski Shot Telegram kanalına açıqlamasında deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın növbəti dəfə Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması barədə bəyanatını şərh edərkən deyib: “Tövsiyə olarsa, gedərik”.

Xatırladaq ki, dünən Türkiyə rəhbəri ölkəsinin Moskva ilə Kiyev arasında danışıqlar üçün yenidən platforma verməyə hazır olduğunu bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki