Su-24 hərbi təyyarəsi Volqoqrad vilayətində səhraya düşərək qəzaya uğrayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Volqoqrad vilayətində planlaşdırılmış təlim uçuşu zamanı Su-24 təyyarəsi qəzaya uğrayıb, uçuş sursatsız həyata keçirilib. Təyyarə qeyri-yaşayış sahəsinə düşüb”, – məlumatda deyilir. Digər təfərrüatlar açıqlanmayıb.


























