Bu gün Pakistanın baş naziri Şahbaz Şərif “X” hesabındakı paylaşımında ABŞ və İran arasında əldə olunmuş “İslamabad Memorandumu”nun hər iki ölkə prezidentləri tərəfindən təsdiqləndikdən sonra rəsmən qüvvəyə mindiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Şərifin sözlərinə görə, memorandumun müddəalarına əsasən İran Hörmüz boğazında gəmiçiliyin normal fəaliyyətini bərpa etməli, ABŞ isə tətbiq etdiyi dəniz məhdudiyyətlərini ləğv etməlidir.
“İlk addım olaraq İran salmadan Hörmüz boğazını açacaq, ABŞ isə dəniz blokadasını dərhal ləğv edəcək”, – deyə nazir vurğulayıb.
Şahbaz Şərif münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İran hakimiyyətinə öz minnətdarlığını bildirib. O, həmçinin Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək dəyərləndirib.


























