image-6backend

“Şahin” hərbi-idman oyunlarının qalibləri müəyyənləşdi

image-reklam_sirab_01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən “Şahin” hərbi-idman oyununun respublika final mərhələsi Gənclər paytaxtı olan Lənkəranda keçirilib.

Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun final mərhələsində Gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, tərəfdaş qurumların rəhbər nümayəndələri, qonaqlar və 200-dən çox gənc iştirak edib.

Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə keçirdiyi yarışda ümumilikdə 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Nəticələrə görə 1-ci yerə Xaçmaz, 2-ci yerə Oğuz, 3-cü yerə isə Sabunçu rayon komandaları layiq görülüblər. Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki