Tayland kralı Maha Vajiralongkornun (X Rama) böyük qızı Şahzadə Phachara Kitiyapha 47 yaşında krallığın paytaxtı Banqkokdakı Kral Çulalongkorn Memorial Xəstəxanasında vəfat edib.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı kral ailəsi rəsmi açıqlama yayıb.
Şahzadənin ürək xəstəliyinə görə tibb müəssisəsində olduğu və 15 dekabr 2022-ci ildən bəri huşsuz vəziyyətdə olduğu bildirilir.
Kral ailəsi may ayında ictimaiyyətə tibbi səylərə baxmayaraq, şahzadənin səhhətinin həyati orqanlara təsir edən nəzarətsiz infeksiya səbəbindən pisləşdiyini bildirmişdi.


























