image-6282cb1d8906a6282cb1d8906b16527388456282cb1d890656282cb1d89067backend

“Saudi Aramco”nun mənfəəti artıb

image-reklam_sirab_01

Neftin kəskin bahalaşması “Saudi Aramco” şirkətinin gəlirlərinin kəskin artmasına səbəb olub.

Veteninfo.az-ın xəbərinə görə, şirkətin hesabatında göstərilir ki, ilk rübdə mənfəət 82% artıb. Hesabat dövründə xalis mənfəət 39,5 milyard dollar təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə göstərici 21,7 milyard dollar olub.

Bu, Səudiyyə şirkətinin 2019-cu ildə birjaya daxil olduqdan sonra əldə etdiyi ən yüksək göstəricidir. Mənfəətin artması 3 amillə izah olunur: xam neftin bahalaşması, hasilatın artması və maya dəyərinin azalması.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki