image-aaaabackend

Şəhid ELMAN ƏLİYEVə həsr edilən filmin təqdimatı keçirildi – Gənclər Fondunun dəstəyi ilə – VİDEO

image-reklam_sirab_01

Yenicag.az xəbər verir ki, Mingəçevir Gənclər Evində baş tutan təqdimatda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, şəhidin ailə üzvləri və dostları, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, filmin peşəkar heyət tərəfindən hazırlandığını qeyd edərək, dəstəyə görə Gənclər Fonduna təşəkkürünü bildirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov isə çıxışında icra başçısı İlham İsmayılovun mütəmadi olaraq şəhid və qazi ailələrini diqqətdə saxladığını, qayğıları ilə maraqlandığını deyib. Tofiq Əsgərov, həmçinin bu kimi layihələrin şəhidlərimizin əziz xatirəsini yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov isə çıxışında filmin gənclərin sağlam ruhda böyüməsinə mühüm töhfə verəcəyini deyib.

Sonda layihə çərçivəsində hazırlanan disk və fincanlar gənclərə təqdim edilib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki