image-1backend

Şəhid Rəşad Atakişiyevin xanımına vəzifə verildi

image-reklam_sirab_01

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub.

Vətəninfo.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə sənətşünaslıq

üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib.

K. Hüseynova 2004-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. O, klassik musiqi janrlarında əsərlər və

vətənsevərlik ruhunda mahnılar bəstələyib. K.Hüseynova, eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin

müəllifidir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.

image-1j


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki