image-qqbackend

Səid Xatibzadə  :“Bu bir idarəçilik məsələsidir və bütün bölgənin sülhü və sabitliyi üçün edilir”.

image-reklam_sirab_01

İran Xarici İşlər nazirliyinin sözçüsü Səid Xatibzadə  şimal -qərb sərhəd bölgələrində təlimlərin keçirilməsinin bütün bölgənin sülhü və sabitliyi üçün edilən bir idarəçilik məsələsi bildirib.

Veteninfo.az İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Səid Xatibzadə Azərbaycan Prezidentinin mətbuatda verdiyi açıqlamalarla bağlı sualına cavabında  deyib ki,iki ölkə arasında yaxşı və yüksək münasibətlər mövcuddur və İranla-Azərbaycanın ortaq ünsiyyət yolları olmaqla yanaşı,ikitərəfli əlaqələr yüksək səviyyədədir.Amma bunu bu şəkildə ifadə etmək təəccüblüdür: “Bu və digər əlaqəli məsələlərdə, Nyu -Yorkda BMT Baş Assambleyasının son iclası çərçivəsində iki xarici işlər nazirlərinin görüşü zamanı ciddi və ətraflı məsləhətləşmələr aparıldı və bir razılaşma əldə edildi. Bu danışıqlar davam etdirmək üçün üçün uyğun bir kontekst”.

Xatibzadə daha sonra qeyd edib ki, İran İslam Respublikası hər zaman ərazinin istənilən işğalına qarşı olduğunu bəyan etmiş və ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulamışdır. Eyni zamanda, mehriban qonşuluq müşahidə etmək bütün qonşuların nəzərdən keçirəcəyi gözlənilən ən vacib məsələlərdən biridir.

 

Xarici İşlər Nazirliyinin sözçüsü şimal -qərbində Azərbaycanla sərhəd bölgələrində keçirdiyi təlimləri də toxunub: “Bu bir idarəçilik məsələsidir və bütün bölgənin sülhü və sabitliyi üçün edilir”.

 

Xin sözcüsü  “Əlbəttə ki, İran İslam Respublikasının sərhədləri yaxınlığında sionist rejimin nümayişkaranə varlığına dözməyəcəyi və bu baxımdan milli təhlükəsizliyi üçün zəruri hesab etdiyi hər bir addımı atacağıq”-deməklə  nəyə vurğu etdiyi bəlli olmur.

Əgər bu təlimlər israil döbləti ilə bağlıdırsa,o zaman bu təlimlərin Azərbaycanla sərhəddə deyil,İranın şimal-şərqində keçirilməli olduğunu yəqin ki, Xatibzadə bilməmiş deyil.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ötən gün Türkiyənin “Anadolu”Agentliyinə verdiyi müsahibədə üstüörtülü şəkildə İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri qınamışdı və rəsmi Tehran tərəfindən ötən 30 il ərzində belə bir təlimlərin Azərbaycanla sərhəddə keçirilmədiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki