Səfərdə oynadıqları “Hatayspor” matçından sonra əlverişsiz hava şəraiti səbəbindən Hatayda qalan “Kasımpaşa” klubunun Texniki Direktoru Səlcuq İnan zəlzələ zamanı yaşadıqlarını danışıb. Vətəninfo.az xəbər verir ki, İnan, “Valideynlərimin evində idim, Allah heç kəsə belə bir şey yaşatmasın. Deyirlər, ölümü gördüm, elə bir an idi. Çöldən görürdüm, amma çölə çıxa bilmirdim.”- deyə bildirib.
“Bir dəqiqəlik əzizləriniz, həyatınız gözünüzün önündən keçir. Zəlzələ bitəndən sonra valideynlərimi götürmək üçün yuxarı qalxdıq. Amma çətin idi, şkaflar aşdı. Çətin vəziyyət idi. İnsanlar şokda idilər. Psixoloji cəhətdən yaxşı vəziyyətdə deyilik.” -deyə bildirib.