image-photo-2022-03-17-11-57-47-7backend

Səməni xonçası

image-reklam_sirab_01

 

Budur. Artıq yaz fəslinin ətri yavaş-yavaş duyulur. Quşlar yuvalarına qayıtmağa başlayıb. Hər kəsdə bayram ab-havası var. Bu hər il ölkəmizdə böyük sevinc və təm-təraqla qeyd edilən Novruz bayramıdır. Xalqımız bir-birindən maraqlı adət-ənənələri olan Novruz bayramını hər il böyük sevinc və həyəcanla qarşılayır. Bu bayramın özünəməxsus adət-ənənələri var. Bu ənənələri saymaqla bitməz. Tonqal qalamaq, yumurta boyamaq, papaq atmaq və.s Bu bayramda bir-birindən maraqlı oyunlar oynanılır, küsülülər barışır. Evlərimizdə bir-birindən gözəl səməni xonçaları hazırlanır.

Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır.

Bəs bayram xonçası necə bəzədilməlidir? Yurdumuza qədəm qoyan bahar, xonçada nələri görmək istəyir? Novruz xonçası bayram axşamı hazırlanır. Xonçada “s” hərfi ilə başlayan 7 nemətin olması mütləqdir.

Səməni həm də həyatın dirçəlməsi deməkdir. Ona görə də ondan hazırlanan halva 7 evə paylanır. Bayram süfrəsində vacib sayılan digər nemət yumurtadır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır. Bayram şirniyyatlarının hərəsinin isə öz mənası vardır. İl təhvil olanda, süfrədə qovurğa və qoz, fındıq da görmək istəyir. Qovurğa bərəkət, qoz, fındıqsa güc deməkdir.

Bayram xonçası şamsız olmamalıdır. Çünki, şam Günəşin yerdəki rəmzi sayılır. Xonçaya ailə üzlərinin sayı qədər şam qoyulmalıdır. Şamları ailə başçısı il təhvil olan anda yandırmalı və ailəsinə xeyir-bərəkət diləməlidir.

Bayram başa çatandan sonra xonçanın əsas atributunu – səmənini hara gəldi atmaq olmaz. Səməni düz 13-cü gündə axar suya buraxılmalıdr.Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta, paxlava, şəkərbura, şorqoğalı, və bayram çərəzləri qoyulur. Xonçanın içindəkilərin üzərinə buğdadan hazırlanmış qorğa səpilər. Xonçada yer alan hər təamın öz mənası var. Məsələn: Qoğal – günəşin rəmzi ,Şəkərbura – 15 günlük ayın rəmzi, paxlava – ulduzların( bəzi mənbələrə görə qadın rəmzi) və.s mənaları bildirir.

Səməni əkmək  bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir. Mütəxəssislər səməninin həm də nəsilartırma, müqəddəslik rəmzi olduğunu deyirlər. Səməniylə bağlı müxtəlif adətlər, inanclar mövcuddur.

Axır çərşənbədə xanımlar qabda səməni göyərdir və kimin səmənisi birinci cücərərdisə, onun ürəyində tutduğu niyyətin mütləq həyata keçəcəyinə inanardılar.

Axır çərşənbədə və ya Novruz bayramında hüzrü olan, bayramı keçirə bilməyən ailələrə sovqat olaraq səməni xonçası göndərilir. Xonçada bayram üçün hazırlanmış nemətlər də olur. Xonçanın ortasında qoyulmuş səməni nimçəsinin ətrafına şam düzülür. Xonçanı gətirən şamları hüzrlünün evində yandırmaqla ailəni hüzndən, yasdan çıxarır.

Bəzi rayonlarda qoyulmuş səmənini ailə üzvlərinin üz-gözünə, sinəsinə toxundururlar ki, gözü işıqlı, üzü təravətli, ürəyi möhkəm, ömürləri uzun olsun. Bayramdan sonra saralıb-solan səmənini hara gəldi atmaq günah sayılır. Saralmış səmənini çaya atıb, dalınca da şəkər atırlar. Belə olanda evə xeyir-bərəkət gələcəyinə inanılır. Bu ənənə indi də Azərbaycanın bəzi bölgələrində qorunub saxlanılır.

Novruz günlərində göyərdilmiş səmənini “başıbütöv”, yəni ailəli adamlar övladı olmayan qadının başı üzərinə tutar və su axıdardılar.  Xüsusilə,  cənub bölgəsində uşaq həsrətində olan gəlin novruz bayramı axşamı qapı kandarında saxlanılır, ailəli, uşaqlı qadın onun başı üstündə səmənidən kəsir və deyir:

“Uca xaliq, bu səmənini necə göyərtmisənsə, bu gəlini də belə göyərt.”

Səmənidən həmçinin halva da bişirilir. Halva bişirmək üçün yenicə cücərmiş səmənidən istifadə edirik. Buğdalar çox yaşıllaşmamış onu həvəngdəstədə yaxşıca əzib suyunu çıxardırıq. Tənziflə süzülən həlimi və şirəni qazana tökür, üzərinə soyuq su, buğda unu əlavə edib bulayaraq unu açırıq. Şirə bərkiyəndə üzərinə qaynar su töküb, bişənə yaxın qapağı örtüb ocağı söndürürük. Hazır olan qırmızı rəngli şirəyə el arasında səməni hörrəsi deyirlər. Səməni halvası məhz bu hörrədən hazırlanır.

 

 Nəsimi rayon sakini Hüseynli Billurə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki