image-img_4413backend

Niyə yenə Məşhur Məmmədov?

image-reklam_sirab_01

Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin siyasi gündəminin əsas müzakirə mövzusunda çevrilib. Təbii ki, bu seçkilərin ən həyacanvercili anlarından biri də hakim partiya – Yeni Azərbaycan Partiyasının namizədlərinin siyahısının açıqlanması oldu.

Demək olar, bir müddət idi ki, gözlər ölkənin ən böyük siyasi təşkilatı və siyasi hadisələrin önündə gedən YAP-a dikilmişdi. Ona görə də hakim partiyanın siyahısı və namizədlərinin hansı dairələr üzrə irəli sürməsi olduqca vacib və aktual məqam idi…

Bu da səbəbsiz deyildi. Çünki seçkilərdə öz namizədliyini açıqlayan və siyasi prioritetlərini önə çəkən şəxslər məhz faəliyyət istiqamətlərini YAP-ın müəyyənləşdirdiyi gündəmə uyğunlaşdırmaq istəyirdilər.

Ölkədə istənilən təşkilat və siyasi platforma təmsilçiləri yaxşı anlayırlar ki, YAP-la rəqabət olduqca çətin olduğu kimi, hakim partiyanın irəli sürdüyü namizədlərin nüfuzü və əhatə dairəsi də seçkidə vacib məqamdır. Ona görə də seçkilərin bu dövrü onlar üçün “siyasi tərəddüd dövrü” idi.

Nəhayət, YAP namizədlərinin siyahısını açıqladı və nüfuzlu, həmçinin xalqın maraqlarını təmsil edən namizədlərin siyahıda olması diqqət çəkdi. Siyahıda Masallı rayonu 74 saylı seçki dairəsindən ötən seçkilərdə namizəd və deputat olmuş Məşhur Məmmədovun adı da vardı.

Açığı deyim, bu qərar masallıların ürəyincə oldu. Çünki bunun xeyli müsbət və pozitiv səbəbləri var.

Təkcə rayon mərkəzində salınan qəhrəmanlar parkı üçün Məşhur Məmmədovun namizədliyinə sevinmək lazım idi.

Həmin parkın mərkəzində isə “Dəmir yumruq” abidəsi ucaldılıb, həmçinin Birinci və İkinci Qarabağ savaşında şəhid olan igid oğullarımızın portretləri və döyüş yolundan bəhs edən məlumatlar var…

Hələ Azərbaycan tarixində hanısa deputatın rayonda “Təhsil fondu” yaratması nümunəsi olmayıb. Halbuki ödənişi əsaslarla ali məktəbə qəbul olan qızların təhsil haqlarının məhz həmin fond tərəfindən qarşılanır, onlara həmin fonddan təqaüd verilir. Məhz buna görə sevinmək lazım idi ki, siyahıda Məşhur Məmmədov da var.

Rayonda uşaq baxçası mədəniyyətinin formalaşmasındakı roluna, 50-dən çox uşaq baxçalarının tikilib istifadəyə verilməsinə görə sevinmək lazımdır…

Təkcə öz dairəsində deyil, Masallıdan olan bütün şəhidlərin doğum günlərində onların ailələrini ziyarət edərək valideyinlərinə təsəlli verməsi, yüzlərlə qazi və şəhid ailəsinə, imkansız, kasıb ailələrimə verdiyi dəstəyə görə sevinmək lazımdır.

Təbii ki, bu siyahını xeyli uzatmaq olar. Amma bütün Masallı sakinləri bilirlər ki, Məşhur Məmmədov seçiciləri üçün əlindən gələn və bacardığı hər şeyi edir. Ona xalqın və dövlətin etimadı da məhz bu əməllərinə görədir. O, sadəcə, danışmır, həm də çalışır. Çünki o, illər öncə seçkiyə “Danışana yox, çalışana səs ver” şüarı ilə qatılan Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi bir siyasi partiyanın dəyər və prinsiplərinə sadiqdir…

Əlişir Əhəd


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki