image-1backend

Bu gün Parisdə Yay Paralimpiya Oyunlarının açılışı olacaq

image-reklam_sirab_01

Bu gün Fransanın paytaxtı Parisdə Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayır.

Mərasimdə Azərbaycan bayrağını para-taekvondoçu İmaməddin Xəlilov və para-idmançı Lamiyə Vəliyeva aparacaqlar.

Yay Paralimpiya Oyunlarında ölkəmizi 7 idman növü üzrə 19 idmançı – para taekvondoçular Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), para üzgüçülər təmsil edəcək. Könül Süleymanova, Raman Salei, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraidmançılar Rüfət Rəfiyev, Olohan Musayev, Səid Nəcəfzadə, Orxan Aslanov, Lamiyə Vəliyeva, para-atıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, para-kamançı Caxan Musayev və para-pauerliftçi Ceyhun Mahmudov (54 kq).

Qeyd edək ki, Paris 2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image