image-1backend

“Qarabağ”-“Dinamo”(Zaqreb) oyununa 25 min bilet satılıb

image-reklam_sirab_01

Çempionlar Liqasının seçmə mərhələsinin pley-off-unda Azərbaycanın “Qarabağ” klubu ilə Xorvatiyanın “Dinamo”su arasında keçiriləcək cavab oyununa (ilk oyun – 0:3) bilet satışı davam edir.

İndiyədək 24 700 bilet satılıb.

Biletlərin qiymətləri sektordan asılı olaraq 5, 20, 30, 40, 75, 150 və 300 manatdır. Onları iTicket.az saytından, “Park Bulvar”dakı “köhlən atlar” fan-şopundan və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək olar.

“Qarabağ” – “Dinamo” matçı avqustun 28-də adıçəkilən arenada keçiriləcək və saat 20:45-də başlayacaq (“Qarabağ” FK).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki