image-2backend

Xəzərin dörddə biri quruyacaq – Həyacan təbili çalınır

image-reklam_sirab_01

Xəzər dənizi sürətlə quruyur. Artıq bütün çevrə ölkələr bunu hiss edir və həyəcan təbili çalırlar.  Qazaxıstan və Rusiya ilə yanaşı, İran da mövzunu ciddi şəkildə araşdırır.

Xəzərin qurumasının başlıca səbəbi kimi, indiyə qədər dənizə axan çayların həm sululuğunun azalması, həm də dənizə tökülməsinə mane olan su anbarları və SES-lərin çoxalmasıdır. Belə ki, Volqa, Samur və digər iri çayların üzərində böyük SES-lərin inşası problem yaratmağa başlayıb. Ekoloqlar deyirlər ki, bu şəkildə davam edərsə, Xəzərin flora və faunası ciddi təhdidlərlə üzləşəcək. Onlar hesab edirlər ki, dənizdəki bitki ötrüyü ilə bərabər, balqılar və digər heyvanlar məhv olacaq.

İranın Xəzər dənizinin problemləri ilə bağlı tədqiqat aparan qrupun rəhbəri Omid Sediqi deyib ki, dənizin quruması onun çirkələnməsini daha da artırır. Onun sözlərinə görə, dənizin ¼ quruyacaq. “Yaxın 20 ildə Xəzər dənizinin dörddə biri quruyacaq. Xəzər dənizinin suyunun dəyişməsi təbii hadisədir və bu problem son 500 ildə mövcuddur”.

Qeyd edək ki, Azərbayacnada bu məsələ ilə bağlı qəribə susqunluq var. Nə ekoloqlar, nə də mütəxəssislər mövzu barədə danışmırlar. Sanki bu problem yoxdur və Xəzərin qurumasının Azərbaycana heç bir təsiri olmayacaq.

Halbuki Xəzərin quruması sahilyanı floraya ciddi ziyan vuracaq. Bu duz təbəqəsinin quruya küləklər vasitəsi ilə yayılmasına səbəb olacaq ki, nəticədə torpaqların şoranlaşması prosesi artacaq.

Bəzi ekspertlər bildirirlər ki, şoranlaşma problemi təkcə sahilə yaxın məntəqələri deyil, eyni zamanda uzaqda yerləşən ərazilərə də təsirsiz ötüşməyəcək. Onlar hesab edirlər ki, dənizin quruması nəticəsində yaranan duz təbəqəsini külək yüzlərlə km uzaqlara apara bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image