image-1backend

Hakan Fidan:”Türkiyə və Azərbaycan hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edib”

image-reklam_sirab_01

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Ankaraya rəsmi səfərə gələn Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Görüşdən sonra nazirlər təşkil edilən birgə mətbuat konfransında çıxış ediblər.
Mətbuat konfransında çıxış edən Hakan Fidan deyib: “Türkiyə və Azərbaycan hər zaman “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edib. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olacaqlar. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında əlaqələri hərtərəfli müzakirə etdik və bu məsələ ətrafında fikir mübadiləsi apardıq. İqtisadi əlaqələrimizin çatdığı nöqtədən məmnunuq. Biz regional və qlobal problemlər ətrafında da fikir mübadiləsi apardıq. Türk Dövlətləri Təşkilatının institusional fəaliyyətini gücləndirmək üçün daha nələr edilə biləcəyini müzakirə etdik. İsrailin Qəzzaya hücumunu və bütün dünyanın gözü qarşısında davam edən vəhşi qətliamı xüsusilə qiymətləndirdik. İnanıram ki, qarşıdakı dövrdə də iki ölkənin dostluğu və qardaşlığı naminə yaxından işləməyə davam edəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki