image-img-20240827-wa0183backend

Azər Əmiraslanov 4 qəsəbə və 1 kəndin sakinlərinin müraciətlərini dinlədi

image-reklam_sirab_01

108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov Qarayazı, Soyuqbulaqlar, Həzi Aslanov, Soyuqbulaq qəsəbələri və Köçvəlili kənd sakinləri ilə görüşüb. Öncə Milli Qəhrəman Rafiq Alıcanovun büstü ziyarət olunub, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması seçicilərin diqqətinə çatdırılıb. Görüşdə sakinlərin Azər Əmiraslanova ünvanladıqları suallar ətrafında maraqlı müzakirələr aparılıb, müraciət və təkliflər isə aidiyyatı üzrə baxılması üçün qeydə alınıb. Daha sonra ağsaqqallar və ziyalılar ilə keçirilən görüş isə maraqlı fikir mübadiləsi ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki