image-2479c19d-de80-467f-aa82-3cc8ec5818b6backend

Azər Əmiraslanov 4 kəndin sakinlərinin suallarını cavablandırdı

image-reklam_sirab_01

. 108 saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov Düzqışlaq, Kolayır,Xılxına və Mollacəfərli kənd sakinləri ilə görüşüb. Öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması seçicilərin diqqətinə çatdırılıb. Görüşdə sakinlərin Azər Əmiraslanova ünvanladıqları suallar ətrafında maraqlı müzakirələr aparılıb, müraciət və təkliflər isə aidiyyatı üzrə baxılması üçün qeydə alınıb. Daha sonra kənd ağsaqqalları və ziyalıları ilə keçirilən görüş isə maraqlı fikir mübadiləsi ilə yadda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki