image-628326e5408aa628326e5408ab1652762341628326e5408a8628326e5408a9backend

Şəmkirdə qəzada 3 nəfər xəsarət alıb

image-reklam_sirab_01

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə rayonu mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21015” və “Chevrolet Cruze” markalı minik maşınları toqquşub. Qəza 1996-ci il təvəllüdlü Nurlan Rüstəmli, 1993-cü il təvəllüdlü Elməddin Bağırov və 1994-cü il təvəllüdlü Xatirə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan N.Rüstəmlinin vəziyyəti ağır olduğundan Gəncədə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki