image-reklam-veteninfo
image-iran-esmail-ghaanibackend

SEPAH generalı: “ABŞ və  İsraillə qarşıdurmada hələ uzun yolumuz var” 

image-reklam-veteninfo

SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani ABŞ və İsraillə qarşıdurmanın başa çatmadığını bildirərək, qarşıda hələ uzun bir prosesin olduğunu vurğulayıb.

Vətəninfo.az xəbər verir ki, Qaani çıxışında HƏMAS-ın yenidən təşkilatlanacağını qeyd edərək deyib:

“Amerika və İsraillə uzun bir yolumuz var. HƏMAS tezliklə yenidən qurulacaq”.

O, bildirib ki, “müqavimət cəbhəsi”nin müxtəlif qrupları müharibə dövründə döyüşlərin ön xəttində yer alıb və ən çətin şəraitdə ABŞ və İsrailə qarşı mübarizəni davam etdiriblər.

Strateji əhəmiyyətli bölgələrə də toxunan SEPAH generalı əlavə edib ki, Bab əl-Məndəb boğazı “müqavimət” qüvvələrinin təsir imkanlarına malik olduğu məntəqələrdən yalnız biridir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki