image-22backend

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 14 çay və 9 su anbarı var

image-reklam_sirab_01

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları su ehtiyatları baxımından çox zəngindir”.

Veteninfo.az  xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Bununla belə, onun sözlərinə görə, bu ərazilərdə yerləşən transsərhəd çaylar (Araz, Bəsitçay, Oxçuçay) 30 illik işğal dövründə ekoloji nəzarətdən kənarda qalıb: “Bu çaylarda aparılan monitorinqlər həmin axınların Ermənistan ərazisində çirklənməyə məruz qaldığını göstərir. Həmin ərazilərdə 14 çay, 9 su anbarı yerləşir. Oradakı yerüstü və yeraltı su ehtiyatlarından həm içmək, həm də aqrar sahədə istifadə etməklə bağlı zəngin potensial var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki